Qubadlının 25 oktyabr 2020-ci ildə azad edilməsi Azərbaycan xalqının birliyinin və ordumuzun rəşadətinin təntənəsidir. Uzun illər işğal altında qalan bu diyarın hər daşı, hər qarışı azadlıq həsrəti ilə yaşayırdı. Azərbaycan Ordusu Cəbrayıl və Zəngilan istiqamətlərində əldə etdiyi uğurları Qubadlı əməliyyatı ilə davam etdirərək düşməni geri çəkilməyə məcbur etdi. Qubadlı şəhərinin işğaldan azad olunması xəbərini Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa çatdırması həm cəbhədə döyüşən əsgərlərə, həm də arxa cəbhədəki insanlara güc və qürur verdi.

Bu qələbə asan başa gəlmədi. Qubadlının relyefi, dağlıq mövqeyi və düşmənin illərlə qurduğu istehkamları döyüşləri olduqca çətinləşdirirdi. Lakin Azərbaycan əsgəri bu çətinliklər qarşısında iradə göstərdi. Yazı düzü istiqamətində gedən döyüşlər Qubadlının azadlığını təmin edən əsas mərhələlərdən biri oldu. Bu əməliyyat nəticəsində ordumuz düşmənin 21 səngərini ələ keçirdi, şəhər tam nəzarətə götürüldü. Hər bir döyüşçü bu torpaq uğrunda vuruşarkən bir amal – Vətəni azad görmək arzusu ilə döyüşürdü.

Bu gün Qubadlı yenidən dirçəlir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu bölgəyə dəfələrlə səfəri bərpa işlərinin miqyasını göstərir. Yeni yollar, məktəblər, enerji infrastrukturu, ictimai binalar – bütün bunlar Böyük Qayıdışın parlaq nümunələridir. Qubadlının hər qarışı şəhidlərin qanı ilə sulanmış müqəddəs məkandır və bu torpaqlarda yenidən həyatın başlanması xalqın qürurunun rəmzidir.

Namiq Hüseynov

YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.