Azərbaycan, Qazaxıstan və Türkiyə arasında 2022–2027-ci illər üçün Orta Dəhlizin inkişafı üzrə Yol Xəritəsinin Aktau şəhərində imzalanması Türk dünyasında iqtisadi və geostrateji əməkdaşlığın yeni mərhələsini açdı. Bu təşəbbüs yalnız yükdaşımaların optimallaşdırılması deyil, həm də region ölkələrinin Avrasiya nəqliyyat sisteminə inteqrasiyasını dərinləşdirən mühüm addımdır. Yol Xəritəsi vasitəsilə Xəzər dənizi regionu Şərqlə Qərbi birləşdirən əsas körpüyə çevrilir.

Enerji sahəsində imzalanmış sənədlər – SOCAR və “KazMunayQaz” arasında Aktau–Ceyhan marşrutu üzrə neft tranziti, eləcə də 2024-cü ildə qaz tranzit tariflərinin azaldılması barədə razılaşma – iqtisadi əlaqələrin dayanıqlı əsaslar üzərində qurulduğunu göstərir. Bu əməkdaşlıq həm də regional enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir və Azərbaycanı Xəzər hövzəsində etibarlı tərəfdaş kimi təsdiqləyir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, enerji resurslarının ədalətli və qarşılıqlı fayda əsasında paylaşılması Türk dövlətlərinin strateji gücünü artırır.

Bərpa olunan enerji istiqamətində əməkdaşlığın dərinləşməsi də diqqət çəkir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyasına dair imzalanmış memorandumlar gələcəkdə regionda vahid enerji bazarının formalaşmasına zəmin yaradır. Bu razılaşmalar Xəzəryanı dövlətlərin “yaşıl enerji” keçidinə töhfə verir və ekoloji təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.

Mədəni və humanitar əlaqələr də sürətlə inkişaf edir. 2023-cü ildə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin keçirilməsi xalqlar arasında dostluğun və qarşılıqlı hörmətin bariz göstəricisidir. Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş elmi konfranslar isə ortaq ədəbi-mədəni irsin qorunması istiqamətində atılmış mühüm addımlardandır. Bu əməkdaşlıq, Prezident İlham Əliyevin vurğuladığı kimi, Türk birliyinin mənəvi əsaslarını möhkəmləndirir.

İlham Həsənov

YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.