Prezident İlham Əliyevin Qazaxıstana səfəri Türk dünyasında inteqrasiyanın yeni mərhələsinə təkan verən siyasi hadisə kimi qiymətləndirilir. Səfər ərəfəsində “Kazinform” agentliyinə verdiyi müsahibədə dövlət başçısı qeyd etdi ki, Azərbaycan və Qazaxıstan təkcə ikitərəfli tərəfdaş deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində bir-birini strateji müttəfiq kimi dəstəkləyir. Bu münasibətlər tarixi köklərə, ortaq dəyərlərə və mənəvi birliyə əsaslanır. Prezidentin sözləri ilə desək, “biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.”

Türk birliyinin əsasını təşkil edən qarşılıqlı etimad və ortaq mədəniyyət bu əməkdaşlığın ideoloji dayağıdır. Azərbaycan və Qazaxıstan xalqları əsrlərdir eyni mədəni sferada formalaşmış, oxşar adət-ənənələri və dəyərləri paylaşmış xalqlardır. Bu səbəbdən də iki ölkə arasındakı münasibətlər sadəcə diplomatik səviyyədə deyil, xalqların bir-birinə olan mənəvi yaxınlığında da öz əksini tapır. Bu model Türk dünyasında birliyin və həmrəyliyin davamlı inkişafı üçün nümunə hesab olunur.

Mədəni-humanitar əməkdaşlıq da bu münasibətlərin əsas istiqamətlərindən biridir. 2023 və 2024-cü illərdə keçirilən Azərbaycan–Qazaxıstan Mədəniyyət Günləri, ədəbiyyat və incəsənət sahəsində qarşılıqlı təşəbbüslər, təhsil mübadilələri xalqlar arasında mənəvi bağların daha da güclənməsinə səbəb olub. Qazaxıstandan Azərbaycana gələn turistlərin sayında 50 faizə yaxın artım da xalqlar arasında artan qarşılıqlı marağı nümayiş etdirir.

Azərbaycan və Qazaxıstan Türk dünyasının gələcək birliyi və regional sabitlik üçün vahid mövqedən çıxış edir. Bu model qarşılıqlı hörmətə, bərabərliyə və ortaq maraqlara əsaslanır.Prezident İlham Əliyev və Kasım-Jomart Tokayevin rəhbərliyi ilə atılan addımlar Türk dövlətlərinin siyasi, iqtisadi və mənəvi birliyinin möhkəmlənməsinə xidmət edir və bu birlik gələcəkdə Avrasiyada mühüm geosiyasi güc mərkəzi formalaşdıra bilər.

Nazilə İbrahimova

YAP Şuşa rayon təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.