Azərbaycan və Qazaxıstan xalqlarını çoxəsrlik tarix, mədəni dəyərlər, ortaq dil və din bağlayır. Bu mənəvi əlaqələr müstəqillik illərində siyasi və iqtisadi müstəviyə keçərək strateji tərəfdaşlığa çevrilib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Biz həqiqi müttəfiqlik münasibətləri qurmuşuq.” Bu münasibətlər bir-birinə dərin inam və hörmət əsasında inkişaf edir.

İki ölkə arasında ikitərəfli əlaqələr hərtərəfli xarakter daşıyır. Energetika, nəqliyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq paralel şəkildə güclənir. Xüsusilə Orta Dəhliz və Zəngəzur layihələri vasitəsilə Azərbaycan və Qazaxıstan Avrasiyanın ticarət və kommunikasiya mərkəzinə çevrilməkdədir. 2024–2025-ci illərdə ticarət dövriyyəsinin sürətli artımı bu istiqamətdə atılan real addımlardır.
Prezident İlham Əliyevin 20–21 oktyabr 2025-ci ildə Qazaxıstana səfəri münasibətlərin inkişafında yeni səhifə açdı. Səfər zamanı imzalanan sənədlər və aparılan danışıqlar iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdiyini təsdiqlədi. Dövlət başçısı bu səfəri “praktik nəticələr verən qardaşlıq səfəri” adlandırdı.
Bu münasibətlər təkcə regional sabitliyə deyil, həm də Türk Dövlətləri Təşkilatının birliyinə xidmət edir. Qazaxıstanın və Azərbaycanın birgə təşəbbüsləri Türk dünyasının iqtisadi və siyasi inteqrasiyasını möhkəmləndirir.
Aynurə Məlikova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın