Azərbaycan və Qazaxıstan arasında münasibətlərin ən möhkəm dayaqlarından biri mədəni və humanitar əlaqələrdir. Bu əlaqələr xalqların bir-birinə mənəvi yaxınlığını dərinləşdirir. Prezident İlham Əliyev vurğulayıb ki, “Mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayır.”

Son illərdə keçirilən “Azərbaycan Mədəniyyət Günləri” və “Qazaxıstan Mədəniyyət Günləri” bu münasibətlərin canlı nümunələridir. Kemel Tokayevin əsərlərinin Azərbaycan dilinə tərcüməsi, gənclər arasında elm və incəsənət layihələrinin təşkili mədəni diplomatiyanın yeni mərhələsinə keçidi təmin edib.
Bu təşəbbüslər təkcə iki ölkə xalqlarının yaxınlaşmasına deyil, həm də Türk dünyasının vahid mədəni platformasının formalaşmasına xidmət edir. Qazaxıstan və Azərbaycan bu istiqamətdə birgə layihələr həyata keçirərək ümumtürk irsinin qorunmasına və təbliğinə töhfə verirlər.
Prezident İlham Əliyevin dediyi kimi, “Qardaşlıq münasibətləri mədəniyyət vasitəsilə daha da güclənir, çünki mədəniyyət xalqları birləşdirən ən güclü vasitədir.” Bu prinsip iki dövlətin mənəvi və strateji birliyinin əsasını təşkil edir.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri

Bir şərh yazın