Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq münasibətlərin əsas dayaqlarından biridir. Prezident İlham Əliyevin səfəri zamanı imzalanan iqtisadi razılaşmalar qarşılıqlı ticarətin və investisiya axınının daha da genişlənməsini təmin edəcək. Təkcə 2025-ci ilin yanvar-avqust aylarında iki ölkə arasında əmtəə dövriyyəsinin üç dəfə artaraq 547 milyon dollara çatması bu istiqamətdə ciddi irəliləyişin göstəricisidir.

Bu artım Orta Dəhlizin və Trans-Xəzər nəqliyyat sisteminin potensialından səmərəli istifadənin nəticəsidir. Qazaxıstanın Bakı–Tbilisi–Ceyhan kəməri vasitəsilə neft ixracı həm Azərbaycanın tranzit imkanlarını artırır, həm də iki ölkənin iqtisadi maraqlarını birləşdirir. 2027-ci ilə qədər ixrac həcminin 7 milyon tona çatdırılması planı isə bu əməkdaşlığın davamlı xarakter daşıdığını sübut edir.
İki ölkə arasında yaradılmış Birgə İnvestisiya Fondu da iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Bu fond vasitəsilə birgə sənaye, kənd təsərrüfatı və logistika layihələrinin reallaşdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu mexanizm qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın yeni modelidir.
Bu iqtisadi əməkdaşlıq təkcə Azərbaycan və Qazaxıstan üçün deyil, bütövlükdə Avrasiya regionu üçün də strateji əhəmiyyət daşıyır. İkitərəfli iqtisadi əlaqələr regionun sabitliyinə, enerji təhlükəsizliyinə və dayanıqlı inkişafa mühüm töhfə verir.
Elçin Dadaşov
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın