Bu il Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin 20 illiyi qeyd olunur. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri bu yubileyə layiqli bir töhfə oldu. İmzalanan sənədlər, qəbul edilən qərarlar və yeni istiqamətlər bu münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə dəlalət edir. İki ölkə arasında indiyədək 170-dən çox sənəd imzalanıb ki, bu da əməkdaşlığın sistemli və hüquqi əsaslarını formalaşdırır.

Ali Dövlətlərarası Şuranın ikinci iclası zamanı qəbul edilən qərarlar iqtisadi-ticarət əlaqələrinin inkişafına real təkan verdi. Tərəflər əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətində olduqlarını bəyan etdilər. Bu, yalnız rəqəm deyil, həm də qarşılıqlı etimadın və iqtisadi sinxronizasiya prosesinin göstəricisidir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda bu əməkdaşlığın regional sabitlik üçün strateji əhəmiyyətini xüsusi vurğuladı.

Siyasi əlaqələrlə yanaşı, Azərbaycan-Qazaxıstan münasibətləri enerji, nəqliyyat, investisiya və mədəni sahələrdə də əhatəli inkişaf edir. Orta Dəhliz, Trans-Xəzər bərə sistemi və birgə investisiya fondu kimi layihələr bu əməkdaşlığın konkret nəticələridir. 300 milyon dollarlıq nizamnamə kapitalına malik fond qarşılıqlı investisiya imkanlarını daha da genişləndirəcək.

Prezident İlham Əliyevin Qazaxıstana səfəri təkcə ikitərəfli münasibətlərin deyil, həm də bütövlükdə Türk dünyasında strateji inteqrasiyanın yeni mərhələsinin başlanğıcı oldu. Bu səfər regionda sabitliyin, iqtisadi artımın və sülhün əsas sütunlarından birinə çevrildi.

Hidayət Səmədov

YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.