Azərbaycan və Qazaxıstan münasibətləri bu gün regional sabitlik və inkişafın mühüm dayaqlarından birinə çevrilib. Hər iki ölkə arasında əlaqələrin əsası ortaq tarix, mədəniyyət və türk kimliyinə əsaslanır. Müstəqillik illərindən etibarən Bakı və Astana arasındakı münasibətlər qarşılıqlı etimada, hörmətə və dostluq prinsiplərinə söykənir. Bu gün həmin münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr yüksək səviyyədə qarşılıqlı etimadla xarakterizə olunur.”

İkitərəfli münasibətlərin gücü təkcə siyasi sahə ilə məhdudlaşmır. Ölkələrimiz iqtisadiyyat, energetika, nəqliyyat və mədəniyyət sahələrində də sıx əməkdaşlıq edirlər. 2024-cü ildə ticarət dövriyyəsinin 470 milyon dollar, 2025-ci ilin yanvar–avqust aylarında isə 547 milyon dollara çatması bu əməkdaşlığın bariz göstəricisidir. Prezident İlham Əliyev bu artımı iki ölkə arasında “sahibkarlıq mühitinə inamın artması” kimi qiymətləndirib.

Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi — Orta Dəhliz — iki qardaş dövləti birləşdirən strateji körpü rolunu oynayır. Azərbaycanın logistika və infrastruktur potensialı, Qazaxıstanın Orta Asiya qapısı olması ilə birləşərək Avrasiyada yeni iqtisadi xəritə formalaşdırır. Bu dəhlizin Zəngəzur seqmentinin 2028-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır ki, bu da Avrasiya ticarət əlaqələrini daha da gücləndirəcək.

Bütün bu proseslərin mərkəzində sülh və sabitlik dayanır. Qazaxıstanın Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasını dəstəkləməsi regionda yeni əməkdaşlıq mühitini möhkəmləndirir. Prezident İlham Əliyevin dediyi kimi, “Bizim münasibətlərimiz təkcə iqtisadi maraqlara deyil, qardaşlıq və ortaq dəyərlərə söykənir.”

Səmayə Əliyeva

YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.