Azərbaycan və Qazaxıstan arasında əlaqələr müstəqillik illərindən etibarən qarşılıqlı etimada və ortaq dəyərlərə əsaslanaraq formalaşıb. Bu gün bu münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında Qazaxıstana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bu səfər təkcə ikitərəfli danışıqlar deyil, həm də Türk dünyasında inteqrasiyanın möhkəmlənməsi, regional əməkdaşlığın genişlənməsi və iqtisadi-ticarət əlaqələrinin dərinləşməsi baxımından mühüm hadisə idi.

Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin strateji mahiyyətini açıq şəkildə nümayiş etdirdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan və Qazaxıstan arasında əlaqələr qarşılıqlı etimad, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Prezidentin fikrincə, bu münasibətlərin gücü yalnız siyasi maraqlarla deyil, ortaq türk kimliyi və mənəvi dəyərlərlə ölçülür. O qeyd etdi ki, xalqlarımızı birləşdirən tarixi bağlar və ortaq mədəniyyət gələcəyə yönəlmiş strateji əməkdaşlıq üçün etibarlı təməl yaradır.

İkitərəfli münasibətlərin ən dinamik istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Son illərdə ticarət dövriyyəsinin həcmi iki dəfədən çox artaraq 547 milyon dollara çatıb. Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın şirkət fəaliyyət göstərir, Birgə İnvestisiya Fondu isə 300 milyon dollarlıq kapitala malikdir. Bu göstəricilər ölkələr arasında etimadın və qarşılıqlı iqtisadi marağın təzahürüdür. Azərbaycan biznes mühitinin cəlbediciliyi Qazaxıstan sərmayədarları üçün geniş imkanlar yaradır, bu da regional əməkdaşlığın dərinləşməsinə təkan verir.

Bu səfər nəticəsində Azərbaycan–Qazaxıstan münasibətləri təkcə iqtisadi və siyasi deyil, həm də mədəni-humanitar istiqamətdə daha da möhkəmləndi. Xəzərin iki sahilində yerləşən qardaş ölkələr birgə layihələr, mədəniyyət tədbirləri və təhsil sahəsində əməkdaşlıq vasitəsilə xalqları bir-birinə daha da yaxınlaşdırır. Prezident İlham Əliyevin səfəri, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın yeni mərhələsinin başlanğıcı kimi də dəyərləndirilir.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.