Azərbaycan və Qazaxıstan qədim tarixi, ortaq kökləri və mənəvi dəyərləri ilə bir-birinə bağlı olan iki qardaş dövlətdir. Bu yaxınlıq yalnız mədəni və tarixi bağlarla deyil, həm də siyasi münasibətlərdə öz əksini tapır. Bu gün Azərbaycan ilə Qazaxıstan arasında formalaşan əlaqələr yüksək səviyyəli etimad, dostluq və əməkdaşlıq ruhu üzərində qurulmuşdur.
İki ölkə arasında əməkdaşlıq münasibətləri zamanla dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki dövlət beynəlxalq arenada bir-birini dəstəkləyir, regional sabitliyin qorunmasında və ortaq türkdilli xalqlar birliyinin möhkəmlənməsində mühüm rol oynayır. Bu münasibətlər həm iqtisadi, həm də siyasi baxımdan qarşılıqlı fayda gətirir, regionda sabitliyin və inkişafın təmin edilməsinə xidmət edir.
Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı etimad, əməkdaşlıq və qardaşlıq prinsiplərinə əsaslanan bu münasibətlər gələcəkdə də daha da möhkəmlənəcək. Hər iki xalqın ortaq məqsədi sabit, güclü və rifahlı bir türk dünyasının qurulmasıdır.

Nigar Mirkamal
YAP Şuşa rayon təşkilatının fəalı

Bir şərh yazın