Zəngilanın azad olunması Azərbaycan xalqının müasir tarixində mühüm dönüm nöqtəsidir. 20 oktyabr 2020-ci ildə Prezident İlham Əliyevin səsləndirdiyi bu möhtəşəm xəbər illərlə doğma yurd həsrəti ilə yaşayan zəngilanlılar üçün bir möcüzə idi. Həmin gün təkcə bir şəhər deyil, bir millətin ruhu da azadlığa qovuşdu.

Zəngilanın işğaldan azad olunması ilə ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bu hadisə həm də Azərbaycanın regionda söz sahibinə çevrildiyini, güclü ordusu və siyasi iradəsi ilə öz suverenliyini qorumağa qadir olduğunu sübut etdi. Zəngilan azadlığı ilə Azərbaycan-İran sərhədi bərpa olundu, Naxçıvana uzanan Zəngəzur dəhlizinin reallaşması üçün yeni imkanlar yarandı.

Azadlıqdan sonra Zəngilanın dirçəlişi dövlətin diqqət mərkəzində oldu. Burada “Ağıllı kənd” konsepsiyasına uyğun şəkildə yeni yaşayış massivləri salındı, müasir məktəblər, uşaq bağçaları, səhiyyə mərkəzləri tikildi. Kəndlər enerjiyə qənaət edən sistemlərlə təmin edildi, avtomatik müşahidə kameraları, Wi-Fi və ekoloji təmiz texnologiyalar tətbiq olundu. Bütün bunlar Azərbaycanın gələcəyə baxışının göstəricisidir.

Prezident İlham Əliyevin “Biz gələcəyi öz əllərimizlə yaradırıq” fikri bu torpaqda gerçəkləşir. Zəngilan Beynəlxalq Hava Limanı, dəmir yolu və avtomobil magistralları, yeni sosial obyektlər bu bölgəni inkişafın simvoluna çevirir. Burada həyata keçirilən layihələr təkcə infrastruktur deyil, həm də bir xalqın yenidən doğuluşunun göstəricisidir.

Zəngilanın azad olunması və bərpası Azərbaycan xalqının mübarizə əzminin, sədaqətinin və vətən sevgisinin parlaq nümunəsidir. Bu torpaq azadlığın, qayıdışın və milli qürurun əbədi ünvanı olaraq qalacaq.

Aynurə Məlikova

YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.