Zəngilanın 2020-ci ilin oktyabrında azad olunması ilə Azərbaycanın bərpa və quruculuq dövrü yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları nəticəsində bu ərazilərdə təkcə dağıntıların aradan qaldırılması deyil, həm də müasir iqtisadi və sosial mühitin formalaşdırılması məqsədi qarşıya qoyuldu. Zəngilan rayonu bu siyasətin uğurlu tətbiq olunduğu ərazilərdən biridir.
Rayonda bərpa işləri sistemli və mərhələli şəkildə aparılır. Əvvəlcə enerji, su, qaz və rabitə infrastrukturu bərpa edildi. Daha sonra yollar, körpülər və kommunikasiya xətləri çəkildi. Bütün bu layihələr rayonun yenidən məskunlaşdırılması üçün zəruri şərait yaratdı. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bu torpaqların hər bir qarışı planlı şəkildə bərpa olunmalı, burada müasir həyat standartları təmin edilməlidir.
Zəngilanın sosial inkişafı istiqamətində atılan addımlar da diqqətəlayiqdir. Yeni məktəblər, uşaq bağçaları, səhiyyə mərkəzləri və sosial obyektlər inşa edilir. Hər bir layihə insanların rahat yaşayışı, təhsili və sağlamlığı üçün nəzərdə tutulub. Bu yanaşma dövlətin insan mərkəzli siyasətinin əsas göstəricisidir.
İqtisadi dirçəliş “Ağıllı kənd” və “Dost Aqropark” layihələrinin uğurlu icrası ilə möhkəmləndirilib. Ağalı kəndi müasir texnologiyaların tətbiqi ilə inşa edilərək yeni kəndsalma modelinə çevrilib. “Dost Aqropark” isə kənd təsərrüfatı sahəsində yüksək məhsuldarlıq və ixrac potensialı yaradıb. Bu, Azərbaycanın regional iqtisadi inkişaf siyasətinin konkret nəticəsidir.
Bu gün Zəngilan rayonunun inkişafı dövlətin məqsədyönlü və ardıcıl siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr Zəngilanı iqtisadi, sosial və strateji baxımdan ölkənin əsas inkişaf zonalarından birinə çevirib.
Rəsmiyyə Məmmədova
YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın