Zəngilan rayonu azad edildikdən sonra qısa müddətdə dövlət proqramları çərçivəsində əsas infrastruktur mərkəzinə çevrildi. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq, burada həyata keçirilən layihələr regionun gələcək iqtisadi və logistik potensialını müəyyənləşdirdi. Zəngilan bu gün Şərqi Zəngəzur iqtisadi rayonunun əsas hərəkətverici qüvvələrindən biridir.

İlk növbədə, bölgənin kommunikasiya sistemləri yenidən quruldu. Horadiz–Zəngilan–Ağbənd avtomobil və dəmir yollarının çəkilişi, regionun Naxçıvanla birbaşa əlaqəsini təmin edən Zəngəzur dəhlizinin formalaşdırılması bu prosesin əsas hissəsidir. Bu layihələr Azərbaycanı həm daxili, həm də beynəlxalq nəqliyyat şəbəkəsinə bağlayan strateji xətlərdir.

Zəngilan Beynəlxalq Hava Limanı bölgənin iqtisadi və sosial həyatında dönüş nöqtəsi oldu. Bu hava limanı həm yüklərin daşınmasında, həm də sərnişin axınında mühüm rol oynayır. Layihənin qısa müddətdə istifadəyə verilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan quruculuq işlərinin səmərəsini göstərir.

İqtisadi sahədə “Dost Aqropark” layihəsi və kənd təsərrüfatı istiqamətində yaradılan istehsal sahələri regionun məşğulluq səviyyəsini yüksəldib. Yeni texnologiyaların tətbiqi, yerli resursların səmərəli istifadəsi və ixrac yönümlü istehsal Zəngilanın iqtisadi sabitliyini təmin edib.

Hazırda Zəngilan təkcə bərpa olunan torpaq deyil, həm də iqtisadi cəhətdən özünü təmin edən müasir regiondur. Burada həyata keçirilən layihələr dövlətin planlı siyasətinin və Prezident İlham Əliyevin uzaqgörən baxışının bariz nəticəsidir.

YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini Rafiq Kalbalıyev


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.