Zəngilanın azad edilməsindən sonra dövlət tərəfindən qəbul edilən qərarlar bölgənin gələcək inkişafını müəyyənləşdirdi. 2020-ci ildən başlayaraq rayonun bərpası üzrə mərhələli proqramlar həyata keçirilir.
İlk mərhələdə mühüm infrastruktur layihələri icra olundu. Yeni avtomobil yolları çəkildi, enerji və kommunikasiya xətləri bərpa edildi. Əsas məqsəd əraziyə həyatın qayıdışı üçün zəruri şəraitin yaradılması idi.
İkinci mərhələ sosial və iqtisadi inkişafı əhatə etdi. “Ağıllı kənd” layihəsi, “Dost Aqropark”, sənaye sahələri və xidmət obyektləri bu siyasətin tərkib hissəsidir. Bu layihələr həm istehsal gücünü artırır, həm də bölgədə yeni iş yerləri yaradır.
Zəngilan Beynəlxalq Hava Limanı və magistral yollar bölgənin strateji əhəmiyyətini yüksəldib. Region artıq logistik baxımdan əlverişli məkana çevrilib. Bu, həm investisiya cəlb olunmasına, həm də turizm potensialının artmasına xidmət edir.
Hazırda Zəngilanın inkişafı davamlı dövlət proqramları çərçivəsində həyata keçirilir. Bütün bu işlər ölkənin sosial-iqtisadi siyasətinin tərkib hissəsi olaraq regionun dayanıqlı inkişafını təmin edir.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Bir şərh yazın