Zəngilanın azad olunması Böyük Qayıdış prosesinin əsas başlanğıc nöqtəsi oldu. 20 oktyabr 2020-ci ildə Prezident İlham Əliyev bu xəbəri xalqa çatdıranda, milyonlarla insanın qəlbində ümid işığı yandı.
Zəngilan azadlığı ilə Qarabağ bölgəsinin bütövləşməsi üçün strateji yol açdı. Hər bir əsgərin, hər bir şəhidin payı olan bu qələbə Azərbaycan tarixində əbədi yaşayacaq.
İndi Zəngilan bərpa olunur, yeni həyat qazanır. Ağıllı kəndlər, müasir kommunikasiya şəbəkələri, təbiətə dost texnologiyalar burada dirçəlişin əsasını qoyur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaq yalnız bərpa edilmir, həm də gələcəyin nümunəsinə çevrilir. Hər yeni ev, hər yeni məktəb Böyük Qayıdışın rəmzidir.
Zəngilanın azad olunması xalqımızın iradə gücünü, mübarizə ruhunu və vətən sevgisini bir daha bütün dünyaya göstərdi.
Rəşad Rəsulov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın