Füzuli 30 illik həsrətdən sonra yenidən dirçələn torpaqlardandır. 1993-cü ildə işğal edilən bu şəhər 2020-ci il 17 oktyabrda qəhrəman Azərbaycan Ordusu tərəfindən azad olundu. Bu qələbə həm hərbi, həm də mənəvi baxımdan tarixi əhəmiyyət daşıyırdı.

Füzuli uğrunda döyüşlər zamanı Azərbaycan əsgəri yüksək döyüş ruhu və peşəkarlıq nümayiş etdirdi. Şəhərin azad edilməsi təkcə ərazi deyil, həm də milli qürurun bərpası idi. Bu hadisə İkinci Qarabağ müharibəsinin həlledici mərhələlərindən biri kimi tarixə düşdü.

Bu gün Füzuli rayonunda Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Artıq minlərlə sakin öz doğma yurduna dönüb. Yeni yaşayış massivləri, məktəblər, bağçalar, tibb müəssisələri və inzibati binalar tikilib.

Prezident İlham Əliyevin sözləri ilə desək, “Füzuli indi tamamilə yenidən qurulur”. Dövlət başçısının dəfələrlə bölgəyə səfərləri bu ərazinin inkişafına göstərilən diqqətin göstəricisidir.

Beş il ərzində dağıntılardan müasir şəhərə çevrilən Füzuli bu gün azad edilmiş torpaqlarda yenidən doğulmuş həyatın rəmzidir. Onun hər bir küçəsində, hər bir binasında Zəfərin izi, qürurun nəfəsi duyulur.

Elmira Əliyeva

YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.