Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbələr arasında Füzulinin azad olunması xüsusi yer tutur. 2020-ci ilin oktyabrın 17-də Prezident İlham Əliyevin elan etdiyi bu tarixi xəbər xalqımızın yaddaşına əbədi həkk olundu. Füzuli əməliyyatı həm hərbi peşəkarlıq, həm də milli ruhun təntənəsi idi. Azərbaycan əsgərləri düşmənin ən möhkəm müdafiə xətlərini yararaq, Füzulini azad etdilər və Zəfər yoluna çıxış əldə etdilər.

İşğaldan sonra şəhərə daxil olan hər kəs oradakı dağıntıların miqyasını görüb dəhşətə gəlmişdi. Amma bu viran torpaqlarda yenidən həyatın başlanması üçün dərhal tədbirlər görülməyə başlandı. Prezident İlham Əliyev “Füzulidə bir bina belə salamat qalmadı, amma biz yenidən quracağıq” deyərək xalqımıza ümid verdi. Və bu gün həmin vəd artıq gerçəkliyə çevrilib.

Füzuli Beynəlxalq Hava Limanı, yeni yollar, abad kəndlər, müasir kommunikasiya xətləri şəhərin gələcəyini müəyyənləşdirən əsas amillərdir. Bu hava limanı təkcə infrastruktur layihəsi deyil, həm də Azərbaycanın iradəsini, bacarığını və sürətli inkişaf potensialını göstərir.

Böyük Qayıdış proqramı çərçivəsində Füzuliyə artıq yüzlərlə ailə köçürülüb. Bu ailələr öz doğma torpaqlarında yeni həyat qurur, torpaqlarını dirçəldir, ağaclar əkir, kənd təsərrüfatı fəaliyyətinə başlayır. Dövlətin hərtərəfli dəstəyi bu prosesin sürətlə və planlı şəkildə həyata keçməsini təmin edir.

Bu gün Füzuli azadlıqdan sonra dirçəlişin, birliyin və inamın timsalıdır. Onun bərpası Azərbaycan xalqının yenilməz ruhunun, dövlətimizin gücünün və sabaha olan inamının bariz göstəricisidir.

YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri:

Hidayət Səmədov


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.