Füzuli rayonu Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Bu qədim diyarın coğrafiyası və mədəni irsi onu ölkənin mühüm mərkəzlərindən birinə çevirib. Tarixən burada kənd təsərrüfatı, sənətkarlıq və ticarət inkişaf etmişdir. Lakin 1993-cü ildə işğal nəticəsində bu zəngin diyar viran qaldı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılan Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsini bütün dünyaya göstərdi. 17 oktyabr 2020-ci ildə Füzuli şəhərinin azad olunması bu qələbənin başlanğıc nöqtələrindən biri oldu. İlham Əliyevin uzaqgörənliyi, ordunun yüksək döyüş ruhu və xalqın birliyi bu nəticəni mümkün etdi.

Dövlət başçısının təşəbbüsü ilə 26 noyabr 2020-ci ildə “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Bu addım, həm ordunun qəhrəmanlığının, həm də dövlətin öz əsgərinə verdiyi dəyərin təcəssümüdür. 25 mindən çox hərbçi bu medalla təltif olundu.

Azadlıqdan dərhal sonra Prezident İlham Əliyev Füzuliyə səfər edərək yenidənqurma işlərinə şəxsən rəhbərlik etdi. Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu, Zəfər yolu və yeni enerji infrastrukturunun yaradılması istiqamətində işlər başladı. 2023-cü ildə şəhərin 2040-cı ilədək Baş planı təsdiqləndi.

Bu gün Füzuli Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun nümunəsidir. Azad edilmiş torpaqlarda həyata keçirilən hər bir layihə dövlətin gücünü və xalqın iradəsini əks etdirir.

YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri :

Könül Hüseynova


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

Previous Post
Next Post

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.