Dəyirmi masa zamanı çıxış edənlər Füzuli şəhərinin 2020-ci il oktyabrın 17-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsini böyük tarixi nailiyyət kimi qiymətləndiriblər. Bildirilib ki, bu qələbə Vətən müharibəsinin gedişatında mühüm strateji əhəmiyyət kəsb etməklə yanaşı, xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin simvoluna çevrilib.
Tədbirdə Füzuli şəhərinin azad olunmasının ildönümünün əhəmiyyəti, şəhərin bərpası və oraya qayıdışla bağlı həyata keçirilən genişmiqyaslı layihələr barədə də geniş fikir mübadiləsi aparılıb. Gənc nəslin milli ruhda tərbiyəsi və azad edilmiş torpaqların qorunmasının vacibliyi xüsusi vurğulanıb.
Sonda tədbir iştirakçıları Füzuli şəhərinin bu günə qədər keçdiyi inkişaf yolu və gələcək perspektivləri ilə bağlı fikirlərini bölüşərək, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərini yüksək qiymətləndiriblər.


Bir şərh yazın