İkinci Qarabağ müharibəsinin gedişatında Füzuli uğrunda aparılan əməliyyatlar xüsusi strateji əhəmiyyət kəsb edirdi. Düşmənin 30 il ərzində qurduğu çoxqatlı müdafiə xətləri hərbi ekspertlər tərəfindən keçilməsi çətin sayılırdı. Lakin Azərbaycan Ordusu yüksək peşəkarlıq və taktiki ustalıq göstərərək bu istehkamları qısa müddətdə yarmağa nail oldu.

Oktyabr ayının əvvəllərindən başlayaraq Füzuli istiqamətində ardıcıl əməliyyatlar həyata keçirildi. Əvvəlcə Aşağı Əbdürrəhmanlı kəndi azad edildi, sonra bir-birinin ardınca Qoçəhmədli, Çimən, Pirəhmədli, Dədəli və İşıqlı kəndləri düşməndən təmizləndi. Nəhayət, 17 oktyabr 2020-ci ildə Füzuli şəhəri tam azad olundu. Bu, həm də Şuşaya gedən yolun açılması demək idi.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun planlaşdırma və koordinasiya bacarığının bariz nümunəsidir. Ordumuzun düşmənin gözləmədiyi istiqamətdən hücum etməsi əməliyyatın uğurunda həlledici rol oynadı. Hətta xarici hərbi mütəxəssislər də bu əməliyyatı “mükəmməl taktiki gediş” kimi qiymətləndirdilər.

Şəhərin azad edilməsi ilə Qarabağın cənub bölgəsində hərbi balans tamamilə dəyişdi. Ordumuz Zəngilan və Qubadlı istiqamətlərində sürətlə irəliləyərək müharibənin sonrakı mərhələsində strateji üstünlüyü ələ aldı.

Füzuli uğrunda döyüşlər zamanı göstərilən qəhrəmanlıq Azərbaycan xalqının birlik və iradə nümunəsidir. Hər il 17 oktyabr – Füzuli Şəhəri Günü kimi qeyd olunur və bu gün xalqımız üçün həm Zəfərin, həm də milli qürurun simvoluna çevrilib.

Qönçə İsmayılova

YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.