Füzuli şəhəri bu gün yenidən doğulmuş, gələcəyə inamla baxan bir məkan kimi inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa proqramı nəticəsində burada tam yeni bir həyat qurulur. Bu proses dövlətin gücünü, xalqın iradəsini və milli birliyi nümayiş etdirir.Yeni salınan məhəllələr, parklar, məktəblər və yollar Füzulinin gələcəyini müəyyənləşdirən əsas elementlərdir. Şəhər 2040-cı ilə qədər müasir “ağıllı şəhər” modelinə tam uyğunlaşdırılacaq. Burada rəqəmsal idarəetmə sistemləri, alternativ enerji mənbələri və yaşıl zonalar əsas yer tutur.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, “Füzulinin bərpası Azərbaycanın gücünün göstəricisidir.” Bu sözlər dövlətin və xalqın birgə səylərinin nəticəsidir. Hər yeni tikili, hər yeni ailə bu torpaqda dirçəlişin simvoludur.Gələcək illərdə Füzuli yalnız yaşayış məkanı deyil, həm də elm, mədəniyyət və sənaye mərkəzinə çevriləcək. Burada universitet filiallarının və elmi tədqiqat institutlarının yaradılması planlaşdırılır.

Bu gün 17 oktyabr – Füzuli Şəhəri Günü – artıq həm tarix, həm də gələcəyə baxış günüdür. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Füzuli Azərbaycanın parlayan incisi, müstəqil dövlətçiliyimizin möhtəşəm simvolu kimi yüksəlir.

Nazilə İbarhimova

YAP Şuşa rayon təşkilatının 3 sayl ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.