2020-ci ilin 17 oktyabrı Azərbaycan tarixində əbədi yadda qalacaq günlərdən biridir. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli şəhəri və rayonun bir neçə kəndinin düşmən işğalından azad olunduğunu elan etdi. Bu hadisə təkcə bir şəhərin azadlığı deyildi – bu, xalqımızın 30 illik həsrətinə son qoyan, milli qürurumuzu bərpa edən tarixi Qələbənin başlanğıcı idi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun cənub istiqamətində qazandığı ən strateji uğurlardan biri kimi hərb tariximizdə öz yerini tutdu.

İşğaldan azad olunan Füzuli şəhərinə daxil olanda orada salamat bina tapılmaması erməni vandalizminin miqyasını göstərirdi. Lakin Prezident İlham Əliyev dərhal bəyan etdi ki, “biz Füzulini yenidən quracağıq”. Qısa müddət ərzində şəhərdə infrastrukturun bərpasına başlanıldı, yeni yollar, körpülər, su və elektrik xətləri çəkildi. 2021-ci ilin oktyabrında Füzuli Beynəlxalq Hava Limanının açılışı bu bölgənin gələcək inkişafının rəmzinə çevrildi.

Bu gün Füzuli Azərbaycanın bərpa və quruculuq modelinin nümunəsinə çevrilib. Yeni salınan məhəllələr, müasir məktəblər, xəstəxanalar, parklar bu şəhərin yenidən doğulduğunun göstəricisidir. Burada həyat canlanır, köç prosesi davam edir və doğma yurduna qayıdan insanlar dövlətin diqqət və qayğısını hər addımda hiss edirlər.

Füzuli eyni zamanda Zəfər yolunun başlanğıcıdır. Bu yol Şuşaya, Qarabağın mədəni paytaxtına gedən azadlıq cığırıdır. Azərbaycan Ordusunun qəhrəmanlıqla açdığı bu yol indi bərpa və inkişaf yoluna çevrilib. Füzulidən başlayan bu yeni mərhələ bütün Qarabağ torpaqlarının dirçəlişini simvolizə edir.

Bu gün hər bir azərbaycanlı üçün 17 oktyabr təkcə Füzuli şəhərinin azadlıq günü deyil, həm də qürur, vətənpərvərlik və birlik bayramıdır. Füzuli dirçəlir, Füzuli yaşayır, Füzuli Azərbaycanın yenilməz ruhunun timsalıdır.

Əminə Məhərrəmova

YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.