2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 17 oktyabr Füzuli şəhəri günü kimi təsis edildi. Bu qərar təkcə bir tarixi hadisəni qeyd etmək üçün deyil, həm də xalqın birliyini, milli həmrəyliyini və qürur hissini gücləndirmək məqsədi daşıyır.

Hər il bu tarixdə ölkənin müxtəlif bölgələrində tədbirlər, konsertlər, sərgilər və görüşlər keçirilir. Füzulidə isə bu gün daha böyük təntənə ilə qeyd olunur. Əhalinin qayıdışı, şəhərin yenidən dirçəlməsi və yeni sosial obyektlərin istifadəyə verilməsi bu bayramın rəmzidir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu günlə bağlı tədbirlərdə dəfələrlə iştirak edib, Füzuli sakinləri ilə görüşüblər. Dövlət başçısı çıxışlarında vurğulayıb ki, Füzuli xalqın iradəsinin, azadlıq sevgisinin və yenilməzliyinin simvoludur.

Bu gün təkcə tarix deyil, həm də gələcəyə inam günüdür. Bərpa olunan evlər, yeni tikililər, yollar və hava limanı azadlığın real təzahürünə çevrilib. Füzuli artıq müasir, abad, yaşıl və enerjiyə qənaətli şəhər modelinə çevrilir.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Füzuli Azərbaycan dövlətçiliyinin gücünü nümayiş etdirən bir simvol kimi formalaşır. 17 oktyabr artıq təkcə bir tarix deyil – bu, bütöv bir xalqın ruhunun bayramıdır.

Anar Əlizadə

YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.