Füzuli azad edildikdən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə rayon ərazisində genişmiqyaslı bərpa işlərinə başlanıldı. İşğal dövründə tamamilə dağıdılmış şəhər indi tam yeni simaya qovuşur. Bu gün Füzuli təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın bərpa və yenidənqurma modelinə çevrilib.

Yeni Füzuli şəhəri müasir urbanizasiya prinsiplərinə əsaslanaraq salınır. Burada “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyaları tətbiq edilir. Enerjiyə qənaət edən sistemlər, müasir ictimai nəqliyyat, yaşıllıqlar və təmiz enerji mənbələri şəhərin əsas prioritetlərindəndir.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, azad edilmiş torpaqlarda bərpa işləri sadəcə tikinti deyil, həm də tariximizin yenidən yazılmasıdır. Dövlət başçısının təşəbbüsü ilə Füzulidə sosial obyektlərin, məktəblərin, xəstəxanaların və mədəniyyət ocaqlarının bərpası xüsusi diqqət mərkəzindədir.

Artıq Füzulidə 40-dan çox yeni yaşayış binası, onlarla inzibati bina və xidmət mərkəzi tikilib. Rayonun kəndlərində də bərpa prosesi paralel aparılır. Elektrik, qaz, su və rabitə xətləri yenilənir, kənd yolları və körpülər salınır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu işlər Füzulini Qarabağın inkişaf mərkəzinə çevirir. Bu gün Füzuli yalnız tariximizin bir parçası deyil, həm də gələcəyimizin ümid rəmzidir.

Rəşad Rəsulov

YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.