İşğal dövründə Füzulidəki mədəniyyət abidələrinin əksəriyyəti dağıdılmış, kitabxanalar, muzeylər, məscidlər yerlə-yeksan edilmişdi. Lakin azadlıqdan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə bu abidələrin bərpası prioritet istiqamətlərdən birinə çevrildi. Bu, milli-mənəvi irsimizin bərpası deməkdir.
Füzulidə qədim məscidlər bərpa olunur, yeni mədəniyyət mərkəzləri tikilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə “Füzuli Mədəniyyət Mərkəzi”nin inşası artıq başa çatmaq üzrədir. Burada muzey, konsert zalı və incəsənət məktəbi fəaliyyət göstərəcək.
Mədəni dirçəliş yalnız tikililərlə məhdudlaşmır. Füzulidə hər il keçirilən “Qarabağ Mədəniyyət Günləri”, “Şeir axşamları” və “Füzuli poeziya festivalları” Azərbaycan ədəbiyyatının və incəsənətinin təntənəsinə çevrilir. Bu tədbirlər rayonun adını daşıyan böyük şair Məhəmməd Füzulinin irsinin yenidən canlanmasına xidmət edir.
Prezident İlham Əliyevin sözləri ilə desək, “Mədəniyyət xalqın ruhudur, vətənin yaddaşıdır.” Bu baxımdan Füzuli şəhərində mədəniyyətin bərpası həm milli kimliyimizin, həm də ruhani birliyimizin təzahürüdür.
Bu gün Füzuli yalnız azad edilmiş bir ərazi deyil, həm də Azərbaycan mədəniyyətinin yeni beşiyidir. Burada tikilən hər bina, açılan hər tədbir xalqımızın mənəvi dirçəlişinin göstəricisidir.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Bir şərh yazın