Füzuli şəhərinin tarixi təkcə işğal və azadlıq salnaməsi deyil, həm də xalqın iradə və birliyinin rəmzidir. 1993-cü ildə düşmən tərəfindən tamamilə dağıdılan bu şəhər 2020-ci ildə Azərbaycan əsgərinin qanı və canı bahasına geri qaytarıldı.

44 günlük Vətən müharibəsinin 21-ci günü – 17 oktyabr tarixi hər bir azərbaycanlının qəlbində qürurla xatırlanır. Füzulinin azad olunması ilə Cəbrayıl və Xocavənd istiqamətində əməliyyatların uğurla davam etdirilməsi mümkün oldu. Bu, Azərbaycanın hərbi gücünü və siyasi iradəsini dünyaya nümayiş etdirdi.

Azadlıqdan dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzulinin yenidən qurulmasına başlanıldı. Qısa müddətdə yollar, hava limanı, məktəblər və yaşayış massivləri inşa edildi. Füzuli artıq yalnız şəhər deyil, həm də dövlətimizin quruculuq iradəsinin göstəricisidir.

Hazırda şəhərdə müasir sosial infrastruktur, səhiyyə və təhsil müəssisələri, parklar və idman kompleksləri tikilib. Bu layihələr əhalinin rahat və təhlükəsiz yaşayışı üçün mühüm əhəmiyyət daşıyır.

Füzuli artıq viran bir məkandan müasir, yaşıl, ağıllı şəhərə çevrilib. 2023-cü ildə Füzuli Şəhəri Gününün təsis edilməsi bu qələbənin əbədiləşdirilməsi deməkdir. Bu gün hər bir azərbaycanlı üçün həm Zəfərin, həm də gələcəyə inamın simvoludur.

İlham Həsənov

YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.