Füzuli şəhərinin azad edilməsi Azərbaycan xalqının 30 illik ədalət mübarizəsinin zəfərlə nəticələndiyi anlardan biridir. 2020-ci il oktyabrın 17-də Prezident İlham Əliyev Füzulinin azad olunduğu xəbəri ilə xalqımıza qürur və sevinc dolu anlar yaşatdı. Bu əməliyyat İkinci Qarabağ müharibəsinin gedişatını dəyişən ən həlledici mərhələlərdən biri kimi tarixə düşdü. Füzulinin azadlığı Azərbaycan Ordusunun döyüş gücünü, əsgərlərimizin iradəsini və dövlətin qətiyyətini bir daha sübut etdi.

İşğal illərində Füzuli təkcə şəhər deyil, həm də bir ağrı simvoluna çevrilmişdi. Dağıdılmış evlər, viran qalan küçələr, məhv edilən məscidlər bu torpaqların çəkdiyi iztirabların canlı şahidi idi. Lakin azadlıqdan sonra dövlətin apardığı sistemli quruculuq işləri sayəsində Füzuli indi yeni həyat yaşayır. Qısa müddət ərzində şəhərdə yollar çəkildi, yeni yaşayış massivləri salındı, sosial infrastruktur yaradıldı.

Füzuli Beynəlxalq Hava Limanının açılması bu torpaqların bərpasında dönüş nöqtəsi oldu. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi açılış mərasimi həm dostluq, həm də birliyimizin təntənəsinə çevrildi. Bu hava limanı regionun nəqliyyat və iqtisadi əlaqələrinin inkişafına təkan verdi.

Bu gün Füzulidə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə insan öz doğma yurduna qayıdır. Yeni tikilən evlər, məktəblər, uşaq bağçaları, parklar bu torpaqlarda həyatın bərpasını təmin edir. Füzuli artıq təkcə bir şəhər deyil – o, müasir Azərbaycanın dirçəliş simvoludur.

Füzuli azadlığın, yenilməzliyin və milli qürurun təcəssümüdür. Onun yenidən dirçəlməsi bütün Qarabağın bərpasına inam yaradır. Bu torpaqlarda bayrağımızın dalğalanması xalqımızın ruhunun qalibiyyətidir.

Elçin Dadaşov

YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.