“Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycan dövlətinin yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır” mövzusunda dəyirmi masa keçirilmişdir.
15 oktyabr 2025-ci il tarixdə YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri Səbinə Gözəlovanın təşkilatçılığı ilə 15 Oktyabr – İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür: “Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycan dövlətinin yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada 41 saylı ərazi partiya təşkilatının üzvləri iştirak etmişdir.
Ərazi partiya təşkilatının sədri Səbinə Gözəlova çıxış edərək bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bütün sahələr davamlı inkişaf etmiş, görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. 22 il bundan əvvəl Prezident seçilmiş cənab İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı kimi Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Bu gün Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirir. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Artıq bir neçə su elektrik stansiyasının açılışı baş verib. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanı doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük Qayıdış çərçivəsində reallaşdırılacaqdır.
22 illik liderlik dövrü – inkişafın, sabitliyin və müstəqil dövlətçiliyimizin güclənməsi mərhələsidir.
Cənab Prezidentin 22 illik fəaliyyəti xalqın rifahı, torpaqlarımızın azadlığı və Azərbaycanın möhkəmlənməsi yolunda keçən qürur dolu bir tarixdir.
Qürur duyuruq – bu inkişaf yolu bizim yolumuzdur! 🇦🇿
Qürurla, inamla irəli, Azərbaycan! 🇦🇿


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.