Tədbiri giriş sözü ilə təşkilatın sədri Nizami Şahvələdov açaraq iştirakçıları bayram münasibətilə təbrik edib, dövlət müstəqilliyimizin bərpasının Azərbaycan xalqının tarixi yaddaşında əhəmiyyətli bir hadisə kimi daim qürurla xatırlandığını qeyd edib.
Çıxış edənlər bildiriblər ki, 1991-ci ilin 18 oktyabrında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ölkəmizin tarixində dönüş nöqtəsi olub. Məhz bu sənədlə Azərbaycan xalqı öz müstəqil dövlətçilik ənənələrini bərpa edib, müasir, güclü və suveren dövlət kimi inkişaf yoluna qədəm qoyub.
Tədbir iştirakçıları qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dövlət müstəqilliyini qoruyaraq onu möhkəmləndirib, beynəlxalq aləmdə nüfuzlu bir ölkəyə çevrilib.
Sonra çıxış edən gənc partiya üzvləri Azərbaycanın bugünkü inkişafında müstəqilliyin rolundan, gənclərin dövlətçilik prinsiplərinə sadiqliyindən və Vətənə xidmət ruhundan danışıblar.




Bir şərh yazın