2025-ci ilin oktyabr ayı Prezident İlham Əliyevin diplomatik fəallığının və beynəlxalq arenada Azərbaycanın artan rolunun parlaq təzahürü oldu. Ayın ilk ongünlüyü ərzində dövlət başçısı bir-birindən əhəmiyyətli üç beynəlxalq tədbirdə iştirak etdi: 1–2 oktyabrda Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammiti, 6–7 oktyabrda Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının Zirvə görüşü və nəhayət, 9–10 oktyabrda Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası. Bu xronologiya Azərbaycanın həm Qərb, həm Türk dünyası, həm də postsovet məkanında balanslı və çoxşaxəli xarici siyasət yürütməsinin göstəricisidir.
Prezident İlham Əliyev Kopenhagendə Avropa siyasi dairələrinə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan sülh təşəbbüslərini, enerji təhlükəsizliyində və nəqliyyat marşrutlarında oynadığı strateji rolu bir daha çatdırdı. Avropa İttifaqı ölkələrinin rəhbərləri ilə görüşlərdə Azərbaycan Avropanın etibarlı tərəfdaşı kimi təsdiqləndi. Bu görüşlər Azərbaycanın Qərb istiqamətində əlaqələrinin möhkəmlənməsində mühüm mərhələ oldu.
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvəsi isə Azərbaycanın türk dünyasında birləşdirici və təşəbbüskar mövqeyini nümayiş etdirdi. Türk dövlətləri arasında iqtisadi, mədəni və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi məsələlərində Prezident İlham Əliyevin çıxışı strateji məna daşıyırdı. Qəbələ görüşü həm Türk birliyinin güclənməsi, həm də Azərbaycanın bu birliyin mərkəzində yer tutduğunu təsdiqlədi.
Düşənbədə keçirilən MDB sammiti isə bu diplomatik marafonun məntiqi davamı idi. Prezident İlham Əliyevin burada səsləndirdiyi fikirlər Azərbaycanın MDB çərçivəsində real əməkdaşlıq və qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə verdiyi töhfələri nümayiş etdirdi. O, bir daha göstərdi ki, Azərbaycan hər üç istiqamətdə – Qərb, Türk dünyası və MDB daxilində – eyni zamanda fəal və müstəqil siyasət aparmaq gücünə malikdir.
Beləliklə, 2025-ci ilin oktyabr marafonu Azərbaycan diplomatiyasının çoxvektorlu xarakterini, İlham Əliyevin beynəlxalq siyasətdə çevik və balanslı yanaşmasını bir daha təsdiqlədi. Bu ardıcıl tədbirlər Azərbaycanın artan nüfuzunu və strateji müttəfiqlik əlaqələrinin möhkəmləndiyini dünyaya nümayiş etdirdi.
Nazilə İbarhimova
YAP Şuşa rayon təşkilatının 3 sayl ərazi partiya təşkilatının sədri


Bir şərh yazın