Prezident İlham Əliyevin Düşənbə çıxışı Azərbaycanın mədəni diplomatiyasının parlaq təcəssümüdür. Dövlət başçısı MDB sammitində Laçının 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsini xüsusi vurğuladı. Bu, həm Azərbaycanın bərpa gücünün, həm də beynəlxalq mədəni nüfuzunun göstəricisidir.

“Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm,” – deyən Prezident İlham Əliyev bu hadisəni milli qürurun təntənəsi kimi dəyərləndirdi. Laçın artıq təkcə şəhər deyil, yenidən doğulan Azərbaycanın simvoludur.İşğaldan azad olunduqdan sonra Laçında aparılan bərpa və tikinti işləri ölkənin azadlıqdan sonra dirçəliş modelinin əsas hissəsinə çevrilib. Prezidentin sözləri ilə desək, “tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl şəhərlərdən birinə çevrilib.” Bu, həm dövlət iradəsinin, həm də xalq birliyinin nəticəsidir.

MDB tərəfindən Laçının mədəniyyət paytaxtı elan edilməsi Azərbaycanın beynəlxalq səviyyədə mədəni inteqrasiyasına yeni nəfəs gətirdi. Bu qərar Azərbaycanın mədəni dəyərlərinin və multikultural kimliyinin regionda öncül mövqe qazandığını göstərdi.

Nəticə etibarilə, Laçın həm milli dirçəlişin, həm də beynəlxalq mədəni həmrəyliyin rəmzidir. Prezident İlham Əliyevin Düşənbədə səsləndirdiyi fikirlər Azərbaycanın mədəni diplomatiyasının gələcək istiqamətlərini müəyyənləşdirən strateji xətt oldu.

YAP Şuşa Rayon Təşkilatının 2 nömrəli ərazi partiya təşkilatının sədri: Hidayət Səmədov


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.