2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun növbəti sübutu oldu. Prezident İlham Əliyevin iclasdakı çıxışı yalnız regional məsələlərə deyil, həm də humanitar əməkdaşlığın yeni istiqamətlərinə toxundu. Onun nitqi MDB məkanında dostluq, qarşılıqlı hörmət və birgə inkişaf ideyasını ön plana çıxardı.

Dövlət başçısının çıxışında diqqət mərkəzində olan əsas mövzulardan biri Azərbaycanın mədəni və idman diplomatiyası idi. Prezident Laçının MDB-nin 2025-ci il üçün “mədəniyyət paytaxtı” seçilməsini xüsusi vurğulayaraq, həmkarlarına təşəkkür etdi. “Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib,” – deyən İlham Əliyev bu uğuru Azərbaycanın bərpa modelinin simvolu kimi dəyərləndirdi.

Laçın bu gün təkcə bir şəhər deyil, azadlıq və dirçəliş fəlsəfəsinin rəmzidir. İşğaldan azad olunmuş bu torpaqda həyata keçirilən layihələr həm iqtisadi, həm də mənəvi baxımdan ölkənin gücünü nümayiş etdirir. MDB tərəfindən Laçına verilən mədəniyyət paytaxtı statusu Azərbaycanın beynəlxalq nüfuzuna əlavə dəyər qazandırdı.

Digər mühüm hadisə kimi Prezident III MDB Oyunlarının Gəncədə yüksək səviyyədə keçirilməsini qeyd etdi. Bu yarışlarda 13 ölkədən 1600-dən çox idmançı iştirak edərək, həmrəylik və dostluq mesajı verdi. Oyunlar bir daha sübut etdi ki, Azərbaycan təkcə ev sahibi deyil, həm də sülh və əməkdaşlığın təşəbbüskarıdır.

Prezident İlham Əliyevin Düşənbə çıxışı Azərbaycanın balanslı, çoxtərəfli və sülhə əsaslanan xarici siyasət kursunun davamıdır. Bu çıxış MDB məkanında yeni əməkdaşlıq mərhələsinin əsasını qoydu və Azərbaycanın regional liderliyini bir daha təsdiqlədi.

YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının

Sədr müavini: Anar Xəlilov


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.