Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısı, türk dünyasında həmrəyliyin, inteqrasiyanın və strateji əməkdaşlığın inkişafında yeni bir mərhələnin başlanğıcını göstərir.
Son illərdə baş tutan bu kimi zirvə görüşləri artıq sadəcə diplomatik tədbir xarakteri daşımır, eləcə də XXI əsrdə türk sivilizasiyasının siyasi, iqtisadi və mədəni dirçəlişinin parlaq göstəricisinə çevrilib: “Qəbələ Zirvəsi isə bu dirçəlişin daha da dərinləşməsinə və türk xalqlarının qlobal miqyasda birlik mesajının güclənməsinə xidmət edir.Qəbələnin ev sahibi seçilməsi təsadüfi deyil: Azərbaycanın tarixi, mədəni və geosiyasi baxımdan türk dünyasının mərkəzində yerləşməsi bu şəhəri simvolik bir məkan halına gətirib. Zirvə toplantısı türk xalqlarının birliyinin tarixi dərinliyini, strateji əhəmiyyətini və gələcəyə yönəlik yeni çağırışlarını əks etdirir. Son zamanlar Türk dünyası ətrafındakı coğrafiyalarda geosiyasi ziddiyyətlər özünü daha da qabarıq şəkildə göstərməkdədir. Dünyada ayrı – ayrı siyasi və hərbi aktorların bir – birinə qarşı apardığı amansız mübarizə, ayrı – ayrı dövlətlərin digər dövlətlərin suverenliyi və müstəqiliiklərini məhdudlaşdırmaq cəhdləri, milli dövlətlər qarşısında vacib sualı ortaya qoyur. Necə etmək lazımdır ki, milli suverenlik qorunsun və beynəlxalq strukturlar, institutlar qarşısında sərbəst siyasət yürütməyi bacarasan. Türk Dövlətləri Təşkilatlarını bir çox təşkilatdan fərqləndirən ən önəmli meyar, burada dövlətlərin bir – birinə bərabərhüquqlu əsaslarla yanaşması, qarşılıqlı hörmət və vahid maraqların olmasıdır.”
Türkiyə və Azərbaycan arasında “Bir millət, iki dövlət” konsepsiyası artıq TDT məkanında kollektiv təhlükəsizlik ideyasına çevrilməkdədir. Bu istiqamətdə real mexanizmlərin yaradılmasına — birgə təlimlər, müdafiə sənayesi əməkdaşlığı, hərbi texnologiya mübadiləsi genişlənməkdədir. Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizi ideyası türk coğrafiyasının Avrasiya iqtisadi sisteminə bağlanmasını təmin edən strateji layihə kimi dəyərləndirilir. Bu dəhliz Türk Dövlətlərini Avropa və Asiya arasında yeni logistik xəttlə birləşdirəcək və TDT-ni qlobal ticarətin mərkəzinə çevirəcək.
YAP Şuşa Rayon Təşkilatının 2 nömrəli ərazi partiya təşkilatının fəal üzvü: Nigar Eyvazova


Bir şərh yazın