Dövlət Başçıları Şurası TDT-nin ali qərarverici orqanıdır və ildə bir dəfə keçirilən Zirvə görüşlərində təşkilatın gələcək prioritetləri, beynəlxalq proseslərə münasibəti və əməkdaşlıq istiqamətləri müəyyən olunur. Bu baxımdan, Qəbələdə keçirilən görüş xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın türk dünyasındakı liderlik rolunun daha da möhkəmlənməsinə təkan verəcək. Bu, təşkilatın regional çərçivədən çıxaraq beynəlxalq siyasi və iqtisadi platformaya çevrildiyinin göstəricisidir.
Türk Dövlətləri Təşkilatının Azərbaycanda baş tutan toplantıları, o cümlədən Qəbələ toplantısı türk xalqlarının gələcək onilliklərdə vahid iqtisadi məkan, güclü hərbi sistem və dərin mədəni sintez şəklində formalaşacaq. Türk dünyasının qarşıdakı illərdə hansı istiqamətdə inkişaf edəcəyinin strateji xəritəsini təqdim edir.
Azərbaycanın Türk Dövlətləri Təşkilatında xüsusi yer alıb. Ölkəmiz türk inteqrasiyası gündəliyini əsas beynəlxalq prioritet kimi qəbul etməklə, onu fəal şəkildə təşviq edir. Prezident İlham Əliyev TDT-nin xüsusi əhəmiyyətini dəfələrlə vurğulayıb.
Əminliklə vurğulamaq olar kı, Türk Dövlətləri Təşkilatı gələcəkdə Böyük Avrasiyanın sabitliyi və təhlükəsizliyində mühüm rol oynaya biləcək əsas regional güc mərkəzlərindən birinə çevrilmək potensialına malikdir. Təşkilatın üzv dövlətləri geosiyasi mövqelərinə, enerji resurslarına, nəqliyyat-kommunikasiya imkanlarına və mədəni yaxınlıqlarına görə Avrasiyanın strateji dayaqları hesab olunur. Əgər bu istiqamətdə inteqrasiya prosesi davamlı və məqsədyönlü şəkildə dərinləşərsə, TDT təkcə türk xalqlarının birliyini deyil, həm də Avrasiyada sabitlik, enerji təhlükəsizliyi və sivilizasiyalararası əməkdaşlığın təminatçısını təmsil edə bilər.
Ülviyyə Bağırova
YAP Şuşa Rayon Təşkilatının 2 nömrəli ərazi partiya təşkilatının fəal üzvü


Bir şərh yazın