Azərbaycan–İtaliya münasibətlərinin tarixi yaddaşı 1992-ci ildə diplomatik əlaqələrin qurulması və 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin Romaya rəsmi səfəri ilə möhkəmlənib. Bu təməl üzərində formalaşan əlaqələr son onillikdə strateji tərəfdaşlıq mərhələsinə yüksəlib və 30 sentyabr 2025-ci il səfəri bu ardıcıllığın növbəti zirvəsidir.

2004-cü ildən bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və humanitar xəttlər üzrə imzalanan çoxsaylı sənədlər, əlaqələri sistemli başlanğıc nöqtəsindən institusional sabitlik mərhələsinə daşıdı. 2015 və 2020-ci illərdəki strateji tərəfdaşlıq sənədləri hüquqi çərçivəni dəqiqləşdirdi, koordinasiyanın mexanizmlərini müəyyənləşdirdi.

2018-ci ildə Sercio Mattarellanın Bakıya ilk dövlət səfəri, etimad dövrünün simvolu oldu. Yeddi il sonra baş tutan ikinci səfər, yalnız protokol jesti deyil, dərinləşən əməkdaşlıq gündəminin davamlılığının göstəricisidir. Bu, mədəni irsin qorunmasından enerji layihələrinə qədər geniş spektri əhatə edir.

Tarixi ardıcıllığın dəyəri ondan ibarətdir ki, o, təsadüfi sıçrayışları sistemli irəliləyişə çevirir. Humanitar layihələr – Romada Nizami Gəncəvi abidəsi və katakombaların bərpası – mədəni yaddaşı birləşdirir, təhsil əməkdaşlığı isə gələcəyin elmi-sənaye kadrlarını yetişdirir.

Nəticə olaraq, Azərbaycan–İtaliya münasibətləri tarixə söykənən, bu günlə möhkəmlənən və sabaha yönələn model tərəfdaşlıqdır. Prezident İlham Əliyevin tezisləri bu modelin əsaslarını – etimad, ardıcıllıq və perspektiv – dəqiq ifadə edir.

Aynurə Məlikova

YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.