Sabunçu rayonu 337 nömrəli tam orta məktəbdə metodist Samirə Xudiyeva tərəfindən “Tədrisin effektiv planlaşdırılması” mövzusunda keçiriləcək 24 saatlıq təlimə hazırlıq məqsədilə məlumat xarakterli iclas təşkil olunmuşdur.

İclas zamanı təlimin məqsəd və məzmunu barədə iştirakçılara ətraflı məlumat verilmiş, müəllimlərin bu istiqamətdə mövcud ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə fikir mübadiləsi aparılmışdır. Toplantıda tədrisin planlaşdırılması prosesində üzə çıxan çətinliklər, ehtiyac duyulan istiqamətlər və gələcək təlim mövzularına dair təkliflər qeydə alınmışdır.

Bu cür görüşlərin keçirilməsi müəllimlərin peşəkar inkişafına, tədris prosesinin keyfiyyətinin artırılmasına və təlim planlaşdırılmasında daha səmərəli yanaşmanın formalaşmasına xidmət edir.


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.