Azərbaycan–İtaliya münasibətlərində humanitar xətt strateji gündəmin ayrılmaz hissəsidir. Romadakı “Villa Borghese” parkında 2012-ci ildə ucaldılmış Nizami Gəncəvi abidəsi mədəni-mənəvi yaddaşın Avropa paytaxtında təcəssümüdür. Heydər Əliyev Fondunun İtaliyada katakombaların bərpası kimi layihələri isə mədəni irsin qorunmasına yönəlmiş etibarlı tərəfdaşlıq nümunəsidir.
Humanitar diplomatiya xalqların bir-birini daha yaxından tanımasına, stereotiplərin aradan qalxmasına, təmasların institusionallaşmasına xidmət edir. Bu sferada görülən işlər siyasi dialoqun emosional və sosial dayaqlarını gücləndirir.
“Azərbaycan Mədəniyyət İli” təşəbbüsü mədəniyyətin yumşaq güc kimi təsir radiusunu genişləndirdi. Sərgilər, konsertlər, ədəbiyyat gecələri və təhsil mübadilələri iki ölkənin şəhərlərində ardıcıl ictimai rezonans yaratdı. Beləliklə, mədəni platformalar artıq sabit əməkdaşlıq infrastrukturunun bir parçasına çevrilib.
Səfər zamanı humanitar mövzuların diqqət mərkəzində olması təsadüfi deyil. Təhsil və mədəniyyət sahələrinin enerji və ticarətlə yanaşı strateji sütunlara çevrilməsi qarşılıqlı etimadı daha da möhkəmləndirir. Bu etimad uzunmüddətli layihələrə ictimai dəstəyin əsas şərtidir.Nəticə etibarilə, humanitar diplomatiya Azərbaycan–İtaliya münasibətlərində “insan amili”ni mərkəzə gətirir. Bu amil olmadan heç bir strateji saziş sabit sosial baza qazana bilməz; məhz mədəni körpülər tərəfdaşlığa dayanıqlı dəyər qatır.
Nazilə İbarhimova
YAP Şuşa rayon təşkilatının 3 sayl ərazi partiya təşkilatının sədri


Bir şərh yazın