Prezident Sercio Mattarellanın 30 sentyabr 2025-ci il səfəri enerji təhlükəsizliyi kontekstində konkret mesajlar verdi. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, Azərbaycan artıq 2020-ci ildən TAP vasitəsilə İtaliya bazarına qaz ixrac edir və bu, Avropanın enerji xəritəsində strateji sabitlik yaradır. İtaliya isə bu prosesin mərkəzi düyünlərindən biridir.
TAP və ümumilikdə Cənub Qaz Dəhlizi təkcə boru kəmərləri sistemi deyil; o, uzunmüddətli kommersiya, texniki koordinasiya və siyasi konsensus tələb edən kompleks layihələr paketidir. Layihənin icrası dövründə ortaya çıxan çətinliklərin diplomatik kanallarla aradan qaldırılması Bakı–Roma xəttində operativ və strateji düşüncənin uğurlu sinxronunu nümayiş etdirdi.
Bu gün Azərbaycan qazının 14 ölkəyə çatması rəqəmsal göstərici olmaqla yanaşı, şaxələndirmənin praktik nəticəsidir. Avropa ölkələrinin enerji balansında Azərbaycan payının artması qiymət volatilliyini yumşaldır, tədarük marşrutlarında dayanıqlığı yüksəldir. Bu real təsir, Azərbaycan–İtaliya tərəfdaşlığının kontinental təhlükəsizlik parametrlərinə qoyduğu töhfənin ölçüsünü göstərir.
Neft ixracında illərdir formalaşmış etibarlı əməkdaşlıq məhz qaz təchizatı ilə yeni mərhələyə keçib. İtaliyanın Azərbaycan neftinin əsas alıcısı olması energetik simbiozu gücləndirir. Bu simbiozda etimad, şəffaflıq və uzunmüddətli maraqlar üst-üstə düşür.
Elektrik enerjisinin ixracına yönələn yeni layihələr enerji əməkdaşlığını çoxkanallı platformaya çevirir. Texniki-iqtisadi əsaslandırma mərhələsində olan ötürücü xətlərin qurulması Xəzər–Qara dəniz–Aralıq dənizi oxunda dayanıqlı “yaşıl enerji” arxitekturasının bünövrəsini formalaşdırır.
Rəşad Rəsulov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın