Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının əməkdaşları şəhidimiz Nurlan Nadir oğlu Həsənovun ailəsini ziyarət ediblər.

Şəhidimizin atası görüş zamanı bildirib:

“Övlad itirmək valideyn üçün çox çətindir. Amma bu gün Nurlanın iki balası onun bizlərə əmanətidir. Onları atalarına layiq övlad kimi yetişdirəcəyik. Biz hər zaman Nurlanla necə fəxr etmişiksə, onların da böyüyüb atalarının yolunu davam etdirməsi ilə fəxr edəcəyik.”

Görüşdə Nurlan Həsənovun keçdiyi şərəfli həyat yolu, torpağa və milli-mənəvi dəyərlərə bağlılığı, 44 günlük Vətən müharibəsində göstərdiyi igidlik və müqəddəs şəhidlik zirvəsinə ucalmasından danışılıb.

🇦🇿 Şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq!


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.