Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edildi. Həmin qərara əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olundu.

Bu günün təsis edilməsi təsadüfi deyil. Çünki Cəbrayıl 2020-ci ildə azad edilən ilk şəhər oldu. Qələbə xəbəri xalqımızın ruhunu qaldırdı, dövlət-xalq birliyini daha da möhkəmləndirdi. Həmin gün qazanılan zəfər 44 günlük müharibənin taleyini dəyişdi.

İşğal illərində Cəbrayılın tarixi-mədəni abidələri dağıdıldı. Sultan Məcid hamamı, Qız qalası, Divlər sarayı mağarası, Xudafərin körpüləri və yüzlərlə digər abidə erməni vandalizminə məruz qaldı. Bu gün isə onların bərpası istiqamətində işlər aparılır.

Böyük Qayıdış proqramı çərçivəsində yüzlərlə ailə artıq Cəbrayıla köçürülüb. Yeni evlər, məktəblər, sosial obyektlər tikilir. Şəhərin 2040-cı ilə qədər inkişaf planı hazırlanıb və mərhələli şəkildə həyata keçirilir.

Cəbrayıl Şəhəri Gününün qeyd olunması hər bir azərbaycanlı üçün həm qürur, həm də məsuliyyətdir. Bu gün xalqımızın qəhrəmanlığını, şəhidlərin fədakarlığını xatırladır və gələcək nəsillərə vətən sevgisini aşılayır.

Qönçə İsmayılova

YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.