Cəbrayıl rayonu Qarabağ bölgəsinin mühüm strateji ərazilərindən biridir. İşğal dövründə düşmən burada çoxsaylı istehkamlar qurmuş, bölgəni Ermənistanla birləşdirən mühüm körpülərə nəzarət etmişdi. Bu səbəbdən, Cəbrayılın azad olunması müharibənin gedişində həlledici rol oynadı.2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini azad edərək düşmənə ağır zərbə vurdu. Bu qələbə Ordumuza Xocavəndin cənub kəndlərinə və strateji Hadrut qəsəbəsinə doğru irəliləməyə şərait yaratdı. Ardınca Zəngilan, Qubadlı və Laçının cənub hissəsi də işğaldan təmizləndi.

Cəbrayıl uğrunda döyüşlərdə Ordumuz misilsiz qəhrəmanlıq göstərdi. 22 mindən çox hərbçimiz “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Prezident İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırması xalqımızın yaddaşında əbədi qalacaq simvolik hadisədir.

İşğaldan əvvəl Cəbrayıl iqtisadi cəhətdən inkişaf etmiş bir rayon idi. Burada üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıq yüksək səviyyədə inkişaf etmişdi. Rayon sement, mərmər və digər faydalı qazıntılarla zəngindir. İşğal nəticəsində bütün bu potensial məhv edilmişdi.Bu gün isə yeni mərhələ başlayıb. “Araz Vadisi İqtisadi Zonası” sənaye parkı Cəbrayılın gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi üçün böyük imkanlar açır. Bərpa edilən yollar, məktəblər, sosial obyektlər Böyük Qayıdışın əsasını təşkil edir.

Leyla Babışova

YAP Şuşa rayon təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.