Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri 2020-ci il oktyabrın 4-də yazıldı. Həmin gün Cəbrayıl şəhəri 27 illik işğaldan azad edildi. Bu hadisə yalnız hərbi uğur deyil, həm də milli qürurumuzun bərpası idi.

İşğal dövründə Cəbrayıl rayonu tamamilə dağıdılmış, sakinləri isə ölkənin müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdu. 52 min nəfərlik əhalinin çoxu yataqxanalarda, vaqonlarda, müvəqqəti məskənlərdə yerləşdirilmişdi. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, yüzlərlə şəhid və əlil vermişdi.Vətən müharibəsində əldə olunan qələbələr Cəbrayılda başlandı. Ordumuz 27 sentyabrda Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabrda isə daha 5 kəndi azad etdi. Nəhayət, 4 oktyabrda şəhər və əlavə 9 kənd düşməndən təmizləndi. Bu əməliyyat düşmənin istehkamlarını yararaq Ordumuzun irəliləməsinə şərait yaratdı.

Cəbrayılın azad edilməsi ölkə daxilində böyük sevinc və qürur hissi ilə qarşılandı. Azərbaycan xalqı ordusunun gücünə bir daha şahid oldu. Qələbə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin reallığa çevrildiyini göstərdi.Hazırda Cəbrayılda genişmiqyaslı bərpa-quruculuq işləri gedir. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Araz Vadisi İqtisadi Zonası” yaradılıb, şəhərin 2040-cı ilə qədər inkişaf planı təsdiqlənib. Artıq yüzlərlə ailə doğma yurduna qayıdır və Cəbrayılın yeni dövrü başlanır.

Gülnar Qurbanova

YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.