Azərbaycanın Böyük Qayıdış tarixi məhz Cəbrayıldan başladı. 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin azad edilməsi, 2016-cı ildə Aprel döyüşlərində Lələtəpənin alınması, 2020-ci ildə isə Cəbrayıl şəhərinin işğaldan azad olunması bu tarixi prosesin mərhələləridir.

Oktyabrın 4-də Cəbrayılın azad edilməsi xalqımızın yaddaşına əbədi həkk olundu. Azərbaycan Ordusu düşmənin istehkamlarını yararaq 1 şəhər və 90 kəndi azad etdi. Bu qələbə həm strateji, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıdı.Cəbrayılın işğaldan azad edilməsi ilə xalqımızın doğma torpaqlara qayıdışı reallığa çevrildi. 2024-cü ilin sentyabrında Qaradağ rayonundan ilk köç karvanı yola salındı və yüzlərlə ailə Cəbrayılda yeni həyata başladı.

İnfrastruktur layihələri, “Araz Vadisi İqtisadi Zonası” sənaye parkı, yarımstansiya və yolların tikintisi Böyük Qayıdışın iqtisadi dayağını təşkil edir. Rayonun 2040-cı ilə qədər inkişaf planı 15 min sakinin yaşayışını təmin etməyi nəzərdə tutur.Cəbrayıl bu gün təkcə azad olunmuş bir rayon deyil, həm də Azərbaycanın gələcək inkişafının simvoludur. Burada aparılan quruculuq işləri xalqımızın gücünü, birliyini və iradəsini bir daha nümayiş etdirir.

Namiq Hüseynov

YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.