BMT Baş Assambleyasının 80-ci sessiyası Azərbaycan üçün yeni tarixi mərhələ oldu. Prezident İlham Əliyev qalib ölkənin rəhbəri kimi bu tribunadan çıxış edərək, dünya ictimaiyyətinə Qarabağ həqiqətlərini və münaqişənin artıq tarixə qovuşduğunu bəyan etdi. Bu, həm də Azərbaycanın diplomatik gücünün nümayişi idi.

Prezident çıxışında Azərbaycanın 30 ilə yaxın işğala məruz qalmasını, yüz minlərlə məcburi köçkünün doğma yurdlarından didərgin salınmasını diqqətə çatdırdı. O, beynəlxalq hüququn illərlə icra olunmayan qərarlarını yada salaraq, Azərbaycanın bu ədalətsizliyə son qoyduğunu vurğuladı.

Prezident İlham Əliyev həmçinin beynəlxalq münasibətlərdə ikili standartlara diqqət çəkərək, ədalətin selektiv şəkildə tətbiq olunmasının təhlükəli nəticələrini qeyd etdi. Onun fikrincə, yalnız bərabər hüquqlara əsaslanan münasibətlər dünya sülhünü təmin edə bilər.

Çıxışda sülh çağırışları mühüm yer tutdu. Azərbaycan lideri dünyanı real əməkdaşlığa və ədalətin bərabər tətbiqinə dəvət etdi. Bu, qalib dövlətin məsuliyyətli mövqeyindən irəli gəlirdi.Azərbaycanın təcrübəsi göstərdi ki, beynəlxalq hüquqa əsaslanaraq işğala son qoymaq mümkündür. Bu fakt ölkəmizi nümunəyə çevirdi.

Sessiyada səsləndirilən mesajlar Azərbaycanın sülh və əməkdaşlıq gündəliyinin qlobal səviyyədə qəbul olunmasına mühüm töhfə verdi.

Elmira Əliyeva

YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.