44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın əsas məqsədlərindən biri sülhün təmin olunması və regionda sabitliyin bərqərar edilməsi oldu. Prezident İlham Əliyev BMT Baş Assambleyasında çıxışında bu hədəfi xüsusi vurğuladı. Azərbaycan açıq şəkildə bəyan etdi ki, münaqişədən sonra sülh yalnız qarşılıqlı ərazi bütövlüyünün tanınması və beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında mümkündür.
Azərbaycan tərəfi sülh müqaviləsi üçün konkret addımlar atdı. Beş əsas prinsip irəli sürülərək Ermənistan tərəfinə təqdim olundu. Bu prinsiplər ərazi bütövlüyünün tanınması, dövlətlərin daxili işlərinə qarışmama, sərhədlərin toxunulmazlığı və əməkdaşlığın inkişafını nəzərdə tuturdu. Bu yanaşma Azərbaycanın səmimi niyyətini və regionda dayanıqlı sülhə verdiyi önəmi nümayiş etdirdi.
Danışıqlar prosesi 2022-ci ildən etibarən başladı və yalnız ikitərəfli formatda aparıldı. Xarici müdaxilələrə yol verilməməsi nəticəsində proses daha səmərəli və nəticəyönümlü oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, Azərbaycan diplomatiyasının müstəqil və prinsipial mövqeyini təsdiqləyir.
Vaşinqtonda keçirilən görüşlər sülh prosesində dönüş nöqtəsi oldu. Xarici işlər nazirlərinin sülh müqaviləsinin mətnini paraflaması və dövlət başçılarının Birgə Bəyanat imzalaması tarixi hadisə kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın bu prosesə dəstək verməsi isə danışıqlara beynəlxalq legitimlik qazandırdı.
Azərbaycan sülh təşəbbüsləri ilə yanaşı, regionun gələcəyinə dair konstruktiv ideyalar da irəli sürdü. Nəqliyyat dəhlizlərinin açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı fayda əsasında inteqrasiyanın təşviqi sülh gündəliyinin mühüm tərkib hissələridir. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün yeni imkanlar yaradır.
Nəticə etibarilə, Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi sülh təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin BMT tribunasından səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan yalnız qalib dövlət deyil, həm də regionun gələcəyini formalaşdıran aparıcı aktordur.
Nazilə İbarhimova
YAP Şuşa rayon təşkilatının 3 sayl ərazi partiya təşkilatının sədri


Bir şərh yazın