2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi 44 gün davam edərək Azərbaycanın qələbəsi ilə başa çatdı. 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyası demək idi. Bu sənəd regionda yeni siyasi reallıqlar yaratdı və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının hüquqi təsdiqi oldu.
Prezident İlham Əliyev bəyanatın imzalanmasından dərhal sonra xalqa müraciətində bildirdi ki, bu sənəd Azərbaycanın şanlı qələbəsinin nəticəsidir. Ermənistanın məcbur edilməsi onun məğlubiyyətinin, Azərbaycanın isə haqq savaşındakı uğurunun rəsmi təsdiqi idi.Yeni reallıqlar Azərbaycanın regionda lider mövqeyini daha da möhkəmləndirdi. Qələbədən sonra ölkəmiz həm siyasi, həm də iqtisadi sahədə yeni imkanlar qazandı. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan bundan sonra da bölgədə sülhün və əməkdaşlığın təşəbbüskarı olacaq.
Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə geniş quruculuq işlərinə start verildi. “Böyük Qayıdış” proqramı çərçivəsində yollar, məktəblər, xəstəxanalar, kəndlər və şəhərlər bərpa olunur. Bu, Prezident İlham Əliyevin dediyi kimi, təkcə Azərbaycan üçün deyil, bütün region üçün inkişaf imkanları yaradır.
Eyni zamanda, müharibə nəticəsində regionda yeni əməkdaşlıq platformaları ortaya çıxdı. Azərbaycanın təşəbbüsü ilə kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası məsələləri gündəmə gəldi. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Cənubi Qafqazda sülh yalnız real əməkdaşlıqla mümkün ola bilər.
Vətən müharibəsinin nəticələri Azərbaycanı yeni dövrə – Zəfər və quruculuq mərhələsinə gətirdi. Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycanın regiondakı rolu gücləndi və tarixi ədalət bərpa olundu.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini


Bir şərh yazın