44 günlük Vətən müharibəsi təkcə cəbhə xəttində deyil, diplomatik müstəvidə də böyük mübarizə ilə müşayiət olundu. Prezident İlham Əliyev bu müddət ərzində dünyanın nüfuzlu media qurumlarına – BBC, CNN, “Al Jazeera”, “Euronews”, “France 24” və digər kanallara müsahibələr verərək Azərbaycanın haqq səsini çatdırdı.

Onun faktlara əsaslanan arqumentləri Ermənistanın yalan təbliğatını ifşa etdi. Prezident İlham Əliyev beynəlxalq auditoriyada açıq şəkildə bəyan etdi ki, Azərbaycan öz torpaqlarında döyüşür, Ermənistan isə işğalçı dövlət kimi ərazilərimizi zəbt edib. Bu çıxışlar Azərbaycanın diplomatik üstünlüyünü təmin etdi.Müharibə dövründə Prezident İlham Əliyevin beynəlxalq təşkilatlarla apardığı yazışmalar və telefon danışıqları da xüsusi əhəmiyyət daşıdı. O, BMT, ATƏT və digər qurumlara müraciət edərək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini təsdiqlədi.Diplomatik müstəvidə əldə olunan uğurlar Azərbaycanın siyasi qələbəsini möhkəmləndirdi. Ermənistan rəhbərliyi isə həm döyüş meydanında, həm də diplomatik sahədə tam iflasa uğradı. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu gördü.

44 günlük müharibə ərzində Azərbaycan diplomatiyası prinsipiallıq və çeviklik nümayiş etdirdi. Prezident İlham Əliyev həm daxildə, həm də beynəlxalq müstəvidə vahid mövqeyi qoruyaraq, ölkənin milli maraqlarını sonadək müdafiə etdi.Azərbaycan təkcə hərbi deyil, həm də siyasi və diplomatik zəfər qazandı.

YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri:

Hidayət Səmədov


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.