44 günlük Vətən müharibəsi təkcə hərbi əməliyyatlar meydanında deyil, həm də diplomatiya sahəsində böyük mübarizə idi. Prezident İlham Əliyev müharibə günlərində beynəlxalq mediaya verdiyi müsahibələrlə Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı. Bu müsahibələr nəticəsində Azərbaycan mövqeyinin haqlı olduğunu sübut etdi və qlobal ictimai rəyə təsir göstərdi.
Müharibənin ilk günlərindən etibarən Prezident İlham Əliyev bir çox aparıcı beynəlxalq media qurumlarına – “BBC”, “CNN”, “Al Jazeera”, “France 24” və digər kanallara çıxaraq Ermənistanın təxribatlarını ifşa etdi. Bu, informasiya müharibəsində Azərbaycanın üstünlüyünü təmin edən əsas amillərdən biri oldu.
Diplomatiya sahəsində əldə olunan uğurlar Azərbaycanın beynəlxalq müstəvidə dəstəklənməsinə gətirib çıxardı. Bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verdi. Prezident İlham Əliyev hər zaman vurğuladı ki, Azərbaycanın mübarizəsi beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur.Eyni zamanda, Prezidentin qətiyyətli çıxışları beynəlxalq təşkilatların da diqqətini cəlb etdi. Ermənistanın törətdiyi müharibə cinayətləri müxtəlif beynəlxalq hesabatlarda öz əksini tapdı. Bu isə Azərbaycanın mövqeyini daha da möhkəmləndirdi.
Diplomatik müstəvidə ən mühüm nəticələrdən biri odur ki, Ermənistanın informasiya manipulyasiyası uğursuz oldu. Çünki Prezident İlham Əliyev faktlara əsaslanan çıxışlarla həqiqəti dünya ictimaiyyətinə təqdim edirdi.Beləliklə, 44 günlük müharibədə hərbi zəfərlə yanaşı, diplomatik arenada da böyük qələbə qazanıldı.
Elmira Əliyeva
YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın