Vətən müharibəsi başa çatdıqdan sonra Ermənistanın işğal dövründə basdırdığı yüz minlərlə mina Azərbaycanın qarşısında böyük problem yaratdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata baxmayaraq, Ermənistan minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etmədi. Prezident İlham Əliyev dəfələrlə bu məsələni beynəlxalq tribunadan qaldıraraq, Ermənistanın mina terrorunu davam etdirdiyini bəyan etdi.

Azad edilmiş torpaqlara qayıdışın ləngiməsinin əsas səbəblərindən biri də məhz mina təhlükəsidir. 2020-ci ildən bəri yüzlərlə insan mina partlayışlarının qurbanı olub. Bu fakt Ermənistanın humanitar hüququ kobud şəkildə pozduğunu göstərir. Prezident İlham Əliyev bildirib ki, Ermənistan minalardan insanlığa qarşı silah kimi istifadə edir və bu, müharibə cinayətidir.

Azərbaycan tərəfi beynəlxalq təşkilatları dəfələrlə mina problemi ilə bağlı addımlar atmağa çağırıb. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi vəziyyəti daha da mürəkkəbləşdirir. Bu səbəbdən Prezident İlham Əliyev açıq şəkildə bəyan edib ki, Ermənistan beynəlxalq hüquqa zidd davranışına görə məsuliyyət daşımalıdır.

Minaların təmizlənməsi prosesi Azərbaycan üçün həm maddi, həm də insan itkisi baxımından çox ağır nəticələr doğurur. Bu proses uzun illər tələb etsə də, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumları və xüsusi agentliklər – xüsusən də ANAMA bu istiqamətdə gecə-gündüz çalışır.

Eyni zamanda, Azərbaycan azad olunmuş torpaqlarda “Böyük Qayıdış” proqramını həyata keçirir. Lakin mina təhlükəsi kəndlərin və şəhərlərin bərpasını, insanların doğma yurdlarına tez bir zamanda dönməsini əngəlləyir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bu problem beynəlxalq diqqətdən kənarda qalmamalıdır.

Beləliklə, Ermənistanın mina terroru təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükədir. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində bu məsələ dünya ictimaiyyətinə çatdırılır və Azərbaycanın haqlı mövqeyi müdafiə olunur.

Nazilə İbarhimova

YAP Şuşa rayon təşkilatının 3 sayl ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.