2020-ci il Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin ən parlaq nümunəsi oldu. Müharibənin ilk günlərindən etibarən xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Cəbhəyə könüllülər axışdı, arxa cəbhədə isə hər kəs ordumuza dəstək göstərdi. Bu birlik Azərbaycanın qələbəsində həlledici rol oynadı.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, xalq və dövlət birliyi bizim ən böyük gücümüzdür. Müharibə dövründə bu sözlər öz təsdiqini tapdı. İnsanlar bütün fərqliliklərindən asılı olmayaraq Vətən uğrunda bir amal ətrafında toplandılar.
İnformasiya müharibəsində də xalq fəal iştirak etdi. Gənclər sosial şəbəkələrdə Azərbaycanın haqq səsini dünyaya çatdırır, erməni təbliğatına qarşı mübarizə aparırdılar. Prezident İlham Əliyevin dəmir iradəsi və faktlara əsaslanan çıxışları isə beynəlxalq auditoriyada Azərbaycanın mövqeyini gücləndirdi.
Müharibə həm də xalqımızın mənəvi gücünü üzə çıxardı. Şəhidlərin qəhrəmanlığı, qazilərin fədakarlığı, əsgərlərin döyüş ruhu xalqın birlik və iradəsinin təcəssümü idi. Prezident İlham Əliyev dedi ki, bu qələbə həm də şəhidlərimizin ruhuna ən böyük hörmətdir.
Azərbaycan xalqı həm müharibə, həm də sonrakı quruculuq mərhələsində böyük həmrəylik göstərdi. Yardım kampaniyaları, könüllülərin fəaliyyəti, Qarabağın bərpası üçün göstərilən dəstək bu birliyin davamlı olduğunu sübut etdi.
Beləliklə, Vətən müharibəsi yalnız hərbi qələbə deyil, həm də milli həmrəylik qələbəsi oldu. Prezident İlham Əliyevin dediyi kimi, bu birlik Azərbaycanın gələcək uğurlarının da təminatıdır.
Elçin Dadaşov
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın